"Yazırlar ki, guya biz pul alıb icra başçısını yasa buraxmışıq" - Qazinin qardaşı

14-07-2022, 19:02           
"Yazırlar ki, guya biz pul alıb icra başçısını yasa buraxmışıq" - Qazinin qardaşı
Bir neçə gün öncə Sabirabad rayon icra başçısının laqeyd münasibətindən şikayətlənərək intihar etdiyi deyilən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirib.
TEREF Cebhe.info-ya istinadən xəbər verir ki, o, xüsusən də Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovun qardaşının yasında iştirakı barədə səsləndirilən iddialara münasibət bildirib:
“Bilirsiniz, gəlin, mən sizə bir söz deyim də. Mən öz yasımızı pis çıxmasın, siyasiləşdirə bilmərəm. Bəzi şeylər var ki, bilmirəm. Mən özüm şəhərdə yaşayıram, qardaşım rayonda yaşayırdı. Düşmənim də olsa, gəlib yasda otursa, mən onu qova bilmərəm”.
Elvin Cəfərov icra başçısının pul qarşılığında yasa buraxılması iddiasına da aydınlıq gətirib:
“Mediada yazırlar ki, guya anam və mən pul alıb onu yasa buraxmışıq. Mən buna əsəbiləşmişəm. Birinci, adamın vicdanı, mənliyi olur. Mənim, ya qardaşımın qanı pulla satın alınmır! Dünən o vəziyyətdə ola-ola yasdan iki dəqiqəlik video paylaşmışam ki, belə hörmətsizlik olmasın. Əgər nəyəsə əsasən pul qazanmaq istəyirsənsə, bu, başqa məsələ. Boş-boş şeylər paylaşırlar. Mənim adımdan bu qədər şeylər paylaşırlar. Qardaşım Azərbaycanda yeganə qazidir ki, ona 9 medal verilib. O, Vətəninə canını qoyub. Bu işin üstünə düşülüb, araşdırma gedir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.