“Xerson, Xarkov, Odessa və Nikolayev əyalətləri Rusiyanın əraziləridir”

15-07-2022, 13:51           
“Xerson, Xarkov, Odessa və Nikolayev əyalətləri Rusiyanın əraziləridir”
“Biz hücum etmirik, müdafiə olunuruq. Ona görə ki, biz təcavüzə məruz qalmışıq. Biz öz torpaqlarımız qoruyuruq. Ukraynaya hücum olunmur, qədim rus torpaqlarına hücum olur. Çünki, Xerson vilayəti də, Xarkov vilayəti də, Odessa və Nikolayev də Rusiyanın əraziləridir. Ona görə də hücuma məruz qalan Rusiyadır”.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu sensasion fikirləri tanınmış politoloq, hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko “Rossiya” televiziyasının canlı efirindən səsləndirib.

Politoloq onu da əlavə edib ki, “Ukraynanın hücumlarının qarşısını almaq üçün radikal addımlar atılmalıdır.

Qərbin Ukraynaya hərbi yardımının qarşısını almaq üçün Polşadan və Rumıniyadan gələn bütün dəmir yollarını və aparıcı məntəqələri raket zərbələri ilə məhv etməliyik”.
Həmin videonu təqdim edirik...
VİDEO: https://player.bizim.media?v=8536&share_user_id=












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru