Üstünə silahlı qatil gələndə pasifist olmaq çətindir - Yelena Zelenskaya

17-07-2022, 09:08           
Üstünə silahlı qatil gələndə pasifist olmaq çətindir -
"Ukraynalılar Rusiyanın işğalını dayandırmaqla təkcə özləri üçün deyil, həm də Avropa üçün buna mane olurlar".

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidentin xanımı Yelena Zelenskaya İtaliyanın “Corriere della Sera” nəşri jurnalistlərinin suallarını cavablandırarkən vurğulayıb.

"Bizim bəzilərimiz özümüzü pasifist adlandıraraq hesab edirik ki, silah tədarükü müharibəni uzatmaq deməkdir. Onlara nə deyərdiniz?” sualına Zelenska cavab verib: “Silahlı qatil üzərinizə gələndə pasifist olmaq, həyatınızdakı son qərardır”, - prezidentin xanımı vurğulayıb.

"Təsəvvür edin ki, rus işğalçıları sizin ölkənizi, sehrli Milanı və ya Neapolu işğal ediblər. Onlar Romanın kənarlarını işğal ediblər, şəhərətrafı qəsəbələrin sakinlərini öldürürlər. Onların raketləri hər gün Bolonyadakı yaşayış binalarına uçur. Sonra nəfəsləri kəsilən uşaqları oradan çıxarırlar. Və bu zaman kimsə deyir: “Silahlarınızı yerə qoyun, müqavimət göstərməyin!” İndicə valideynlərinizi bomba ilə öldürən və ya uşaqlarınızın məktəbini bombalayan biri ilə danışmağa çalışın”, - deyə prezidentin xanımı bildirib.

Xatırladaq ki, fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzü davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru