“Ukrayna bir əməliyyatla Rusiya ordusunun Dnestryanıda mövcudluğunu həll edə bilər” - Ekspert

20-07-2022, 08:18           
“Ukrayna bir əməliyyatla Rusiya ordusunun Dnestryanıda mövcudluğunu həll edə bilər” - Ekspert
Ukrayna bir xüsusi əməliyyatla Rusiya ordusunun Dnestryanı ərazidə mövcudluğunu həll edə bilər.

Bu barədə hərbi ekspert Oleq Jdanov informasiya telemarafonu vaxtı bəyan edib.

«Yeganə olaraq, Dnestryanıdan Ukrayna ərazisinin aerokəşfiyyatı aparıla bilər. Hətta Rusiya Federasiyası da bunu başa düşüb ki, gücləndirilmədən, ordu qruplaşmalarının sayını artırmadan Dnestryanıda hərbi planda hər hansı hərəkət etməyə və ya cəbhələşməyə dəyməz. Ona görə də daha çox gücümüz var və Ukrayna bir əməliyyatla ümumiyyətlə, Dnestryanıda Rusiya ordu qruplaşmasının mövcudluğu məsələsini həll edə bilər. Əgər elə həmin Moldova da bunu xahiş edərsə. Ona görə də sadəcə, kəşfiyyat aparırlar, təəssüf ki, Odessada raket zərbələri üçün hədəflərin koordinatlarını ötürə bilərlər» - Jdanov deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.