Allaha şükürlər olsun ki, 29-30 ildən sonra Qarabağa qayıdış başladı.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aqil Abbas Zəngilan rayonunun Ağalı kənd sakinlərinin öz ata-baba yurdlarına qayıdışı ilə bağlı danışarkən deyib.
O bildirib ki, qayıdanlar üçün orada çox gözəl şərait yaradılıb:
“Bu gün Ağdam, eləcə də Qarabağın digər ərazilərində bərpa işləri aparılır. Allahın izni ilə gələn il də Şuşaya köç başlayacaq. Artıq insanlar öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar. Bizə isə sadəcə şükr etmək və sevinmək qalır”, - deputat deyib.
Qeyd edək ki, Yeni Ağalı kəndinə 19 iyulda birinci mərhələdə 10 ailə (41 nəfər) köçürülüb.