Həbslər kifayət deyil... - Fazil Mustafadan TƏKLİF
20-07-2022, 10:58
"Bəzən icra hakimiyyətləri də qanunsuz tələblər qarşısında işlər görməli olurlar. Hamıya eyni qaydalar tətbiq olunmasa, bunun ədaləti cəmiyyət tərəfindən həmişə müzakirə olunacaq".
Bu sözləri
Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili Prezidentin apardığı siyasətə uyğun ədalətlilik və digər ümumi prinsiplərin tətbiqinin vacib olduğunu vurğulayıb:
"Son illərdə Prezidentin göstərişi ilə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çox ciddi addımlar atılır. Müxtəlif kateqoriyaya aid insanların məsuliyyətə cəlb olunması korrupsiyaya qarşı mübarizənin bir göstəricisidir. Amma bu prosesin nəticə verməsi üçün islahatlar gerçəkləşdirilməlidir. Səlahiyyətlər dəqiqləşdirilməli, konstitusion prinsiplər üzrə qurumlara verilməlidir. Məsələn, bir bələdiyyə sədri həbs olunur, amma cəmiyyətdə hamı bilir ki, bələdiyyə sədrinin hansısa bir hüququ yoxdur. O, konkret olaraq icra hakimiyyətlərinin bir əlavəsidir. Bəzən icra hakimiyyətləri də qanunsuz tələblər qarşısında işlər görməli olurlar. Hamıya eyni qaydalar tətbiq olunmasa, bunun ədaləti cəmiyyət tərəfindən həmişə müzakirə olunacaq. Ölkə başçısı qeyd edib ki, kölgə iqtisadiyyatını ləğv etmək özü problemdir, amma bunu minimuma endirmək olar. Qurumlar bu istiqamətdə daha konkret səlahiyyətlərə malik olsalar, ciddi işlər görmək və irəliyə doğru addımlamaq mümkündür".