Putin müharibəni dayandırır? - “Ukraynalılar təkcə ruslarla döyüşmür”

21-07-2022, 00:07           
Putin müharibəni dayandırır? -
Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağıyla bağlı iddialar səslənir. Rusiya Federasiyasının 41-ci Ordusunun komandiri vəzifəsini icra edən polkovnik Oleq Korotkeviç hərbi qulluqçuların ailələri ilə görüşü zamanı bunu istisna etməyib.

Doğrudanmı, Putin tezliklə “xüsusi əməliyyat”ın dayandıırlması barədə əmr imzalaya bilər?

Mövzunu şərh edən politoloq Əziz Əlibəyli Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya ordusunun Ukraynanın bəzi bölgələrindən çəkilmə prosesi baş verir.

“Sual doğuran əsas məqamlardan bir Rusiya ordusunun Odessaya girməsidir. Əgər Rusiya Odessanı və Ukraynanın cənubunu tamamilə nəzarət altına ala bilərsə, Qara dənizi demək olar ki, tam nəzarət altında saxlaya biləcək.

Ancaq müharibənin gedişini dəyişən bir məqam yarandı.

Ukraynalıların İlan adasından rusları çıxarması və onları məğlub etməsi həm strateji olaraq Ukraynaya böyük bir üstünlük qazandırdı, həm də Rusiyanın Ukraynanın cənub bölgəsində qələbə qazanmasına mane oldu.

Bütün bu hadisələrin gedişində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Krıma hücum edəcəyi təqdirdə fəlakətlə üzləşəcəyini bildirdi.

Ruslar Ukraynanın Krıma hücumunu öz torpaqlarına hücum kimi qiymətləndirirlər.

Hazırda Rusiya ordusu çox zəif irəliləsə də, dayanmaq bilmir.

Ukrayna yalnız Rusiya ordusu ilə deyil, həm də öz içlərində yerləşdirilən satqınlarla döyüşür.

Ukraynanın bütün çabalarına baxmayaraq, Rusiyanın gedişini xəritə üzərindən izlədikdə ciddi irəliləyişlə əldə etdiyini görə bilərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.