“Müharibə yalnız Ukraynanın şərtləri daxilində başa çata bilər” - Podolyak

23-07-2022, 08:45           
“Müharibə yalnız Ukraynanın şərtləri daxilində başa çata bilər” - Podolyak
İşğal olunmuş ərazilərdə rusiyalıların heç bir psevdoreferendumu hərbi fəaliyyəti dayandırmayacaq.

Rusiya-Ukrayna müharibəsi yalnız Ukraynanın şərtləri daxilində başa çata bilər. Bu, o deməkdir ki, işğalçılar bizim dövlətin bütün ərazisini tərk etməlidirlər.

Bu barədə Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak ümumukrayna telemarafonu vaxtı bəyan edib.

«Heç cür, Rusiyanın Ukraynadakı müharibəsi Rusiyanın şərtləri daxilində sona çata bilməz. Bu isə o deməkdir ki, Rusiya Ukraynanın bütün ərazisini tərk etməlidir. Ukraynanın bütün ərazisi Ukrayna olmalıdır - yalnız Ukrayna!» - o, bəyan edib.

Onun sözlərinə görə, rusiyalıların işğal edilmiş ərazilərdə heç bir psevdoreferendumu hərbi fəaliyyəti dayandırmayacaq.

«İstənilən saxta referendum və ya Rusiyanın təklif edə biləcəyi istənilən digər hüquqi formatlar bu ərazilərdə heç bir məna kəsb etmir. Hamı anlayır ki, bu gün və anlayacaqlar ki, bu, sadəcə başqasının ərazisinin anneksiyasıdır. Ona görə də müharibə o vaxta qədər gedəcək ki, bu ərazilər azad ediləcək və onlar heç kim tərəfindən Rusiya kimi tanınmayacaq», - o deyib.

O, həm də Rusiya xarici işlər naziri Sergey Lavrovun bu bəyanatını şərh edib ki, «Rusiyanın Ukraynaya təcavüzünün coğrafi tapşırıqları dəyişib, indi bu, təkcə Rusiya tərəfindən Donetsk və Luqanskda terrorçu «DXR» və «LXR» qruplaşmalarının yaradılması yox, həm də digər əraziləri nəzərdə tutur».

«Lavrovun bəyanatı sırf təbliğati bəyanatdır və daxili bazara hesablanıb. Bu günə olan vəziyyətə Rusiya Federasiyası Xarici işlər Nazirliyi çox qeyri-peşəkar işləyir və tədricən bu barədə həqiqəti deməyə başlayır ki, Rusiya Ukraynada hansı tip müharibə aparır. Müharibənin cəmi iki hədəfi var. Birincisi, qlobal hədəfdir ki, onlar ilk olaraq, bəyan etməyiblər, amma hər şey ona doğru gedib - bu, Ukrayna dövlətçiliyinin məhvi, Kiyevin ələ keçirilməsi, hökumət kvartalının ələ keçirilməsi, hökumətin məhv edilməsidir - sonradan özlərini təmizə çıxarmaq üçün» - o, deyib.

İkinci hədəf, hansı ki, Lavrov açıq bəyan edib, bu, Ukraynaya ərazi iddiasıdır. Rusiya sadəcə, Ukraynanı ələ keçirmək istəyir.

«Bu o deməkdir ki, işğalçıların klassik orta əsrlər ordusu başqa ölkəyə daxil olub və onun ərazisini qismən ələ keçirir. Başqa heç bir məqsəd yoxdur…» - Podlyak əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.