Zelenski: “Rusları əzişdirməsən heç nə başa düşməyəcəklər”

23-07-2022, 09:04           
Zelenski: “Rusları əzişdirməsən heç nə başa düşməyəcəklər”
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, bu gün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq yersizdir. Belə ki, əvvəlcə işğal olunmuş əraziləri azad etmək lazımdır.

Bu barədə o, “The Wall Street Journal”a müsahibəsində deyib.

O vurğulayıb ki, beş aylıq müharibədən sonra Ukrayna vətəndaşları Rusiya ilə danışıqlara hazır deyil.

“Cəmiyyət hesab edir ki, əvvəlcə bütün ərazilər azad edilməlidir, ondan sonra nə edəcəyimizi və gələcəkdə necə yaşayacağımızı razılaşdırmaq mümkün olacaq. Xalqımız əmindir ki, biz bunu edə bilərik. Nə qədər tez etsək, bir o qədər az adam öləcək... Biz azad etmə prosesini qeyri-hərbi yolla aparmağa və insanların həyatını xilas etməyə üstünlük verərdik. Amma biz elə adamlarla qarşı-qarşıyayıq ki, onları əzişdirməsən heç nə başa düşməyəcəklər”, - deyə Ukrayna prezidenti əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru