Tanınmış psixoloqdan XƏYANƏT SÖHBƏTİ: - “Belə qadınlar bu yanlışlığın ömür boyu əzabını çəkirlər”

25-07-2022, 12:38           
Tanınmış psixoloqdan XƏYANƏT SÖHBƏTİ: -
Ötən il nigaha girənlərin 77,9 faizi 15-25 yaşlı gənclər olub. Çox təəssüf ki, boşanmalarda da gənc ailələr öndə gedir. Beləki, ötən il boşananların 66,5 faizi gənc cütlüklərdir. Maraqlı məqam odur ki, boşanmada 73 faiz təşəbbüs qadınlardan gəlib.

Bütün zamanlarda deyilib ki, qadın evin dirəyidir. Bütün maddi və mənəvi sarsıntılardan ailəni qadınlar xilas edib. Ona görə də dəyanət sözünü daha çox qadınlara şamil edirlər. Lakin, təəssüflə deməliyik ki, bu gün qadınların çoxunda bu dəyanəti görmürük.

Baxmayaraq ki, ailələrin dağılmasında daha çox kişiləri qınanır. Səbəbsə müxtəlifdir: ailəsinə baxmır, xəyanət edir, nəşəxordur və sair. Amma tarixən ailə institunda qadınların missiyası daha böyük olub, Uşaqların tərbiyəsi, ev işləri, əkin-biçin və hətta ailə büdcəsinin idarə olunması. Lakin, qadınlarımızda dəyanət olmadığı üçün bu missiyaların çoxuna xəyanət edilib. Qadın öz vəzifələrini unudub, ancaq kişidən diqqət və çoxlu pul umur.


Qadın kişisinə qarşı nə qədər diqqətcildir?

Görkəmli Amerikalı psixoloqu Deyl Kornegi yazırdı ki, “qadın hər gün öz ərini başqa imicdə və başqa formada qarşılamalıdır ki, kişisi hər dəfə onu yeni görmüş kimi kəşf etsin və ona daha çox bağlansın”. Təəssüf ki, bu gün əksər qadınlarımız evdə özlərinə diqqət yetirmirlər. Bunu yalnız bayıra çıxanda edirlər. Mətbəx iyi verən qadını isə kişilər uzun müddət sevə bilməzlər.

Qadınlar maddiyata daha çox bağlıdır?

Tanınmış hüquqşünas Əkrəm Həsənli hesab edir ki, evdə son söz kişinin olmalıdır. Bizim.Media ilə söhətində o bildirdi ki, “əksər qadınlar əslində zəif kişiləri xoşlamır. Həm maddi, həm də mənəvi cəhətdən güclü kişiləri qadınlar daha çox sevir. Məsələn, onun sözüylə oturub-duran kişilərdən qadınlar daha tez yorulur və bir müddət sonra güclü kişi axtarışına çıxırlar. Qadınlar maddiyyata da daha çox bağlı olurlar. Çox təəssüf ki, bəlli səbəblər üzündən bəzi kişilər qadınların maddi ehtiyaclarını tam ödəyə bilmirlər. Bəzi qadınlarsa kişinin bu zəifliyinə dözmür və xəyanətə əl atır”.

Tanınmış psixoloq Gülnarə Abuzərova isə kişiləri xəyanətdə günahlandırmağı qadınların ən axırıncı silahı hesab edir. Onun fikrincə hazırkı boşanmaların başlıca səbəbi dəyərlərin dəyişməsidir:

“Əvvəllər insanların mono həyatı vardı. Evdəki əşyalar belə ortaq idi. Məsələn, evdə bir televizor, bir stasionar telefon, bir raido və sair vardı. Və ailədəkilər ortaq olanlardan yararlanmaq üçün bir-birinə hörmət etmək məcburiyyətində idi.

Üstəlik, əvvəllər kişi evin “çörək ağacı”sayılırdı. Və bu statusu doğruldan hər bir kişi ailədə böyük hörmət görürdü. Amma indi dəyərlər dəyişib. Evdə hər kəsin öz telefonu, öz televizoru, öz otağı və sair var. Bu isə ailədki insanlara əlavə sərbəstliklər verir. Əlavə sərbəstliksə çox zaman çaşdırıcı olur.
Boşanan qadınları xaraktercə iki yerə bölmək olar

Birinci qrupa o qadınlar aiddir ki, daha çox diqqətsizlikdən gileylənirlər. Kişilər bütün günü çöldə-bayırdı, işdə-gücdə olurlar, evə çox gec dönürlər. Və bu zaman da çox yorulduqlarını bəhanə gətirərək yatmağa gedirlər. Bütün günü evdə ərini gözləyən, ərinin xoşladığı yeməkləri hazırlayan qadınsa bundan çox sınır.

Bax, əsas məsələ budur. Böyük xəyanətlər də burdan başlayır. Qadın özünə qarşı diqqət görməyəndə, fədakarlığına qiymət verilməyəndə əvvəlcə küsür, inciyir, sonra isə bezir. Qadınları təbdən çıxardan kişilərin fizioloji xəyanəti yox, daha çox mənəvi xəyanətidir. Özünü lazımsız bilən qadın getdikcə həyat yoldaşına qarşı laqeydləşir.

Bu laqeydlik isə getdikcə ailədə yersiz və davamlı söz-söhbətə səbəb olur. Sonda qadın boşanmağa qərar verir. Bu ailəsinə və özünə hörmət edən qadınlara aiddir.

İkinci qrup qadınlar isə sərbəst yaşamağa daha həvəsli olanlardır. Onlar kiminsə nazını çəkmək istəmirlər. Ən pisi də odur ki, belələri həyatı realistcəsinə qiymətləndirə bilmirlər. Onlar zahiri təqdimata daha tez aldanırlar. Sonra isə bu yanlışlığın ömür boyu əzabını çəkirlər”.
Tanınmış psixoloq təəssüflə bildirdi ki, xəyanət bu gün çox adiləşib. İstər kişinin, istərsə də qadının xəyanətə adi baxışı imkan vermir ki, ailə qorunsun“.

Bütün hallarda isə xəyanətlər ailənin dağılmasına səbəb olur. Daha çox boşanma isə ailə institutunu sarsıdır. Ailə institutu zəif olan cəmiyyətlər isə asan idarə olunur.

Surxay Atakişiyev, Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.