Qurban Qurbanov: “Sürix”lə oyunda bəzi risklərə getmək lazım olacaq”

26-07-2022, 08:53           
Qurban Qurbanov: “Sürix”lə oyunda bəzi risklərə getmək lazım olacaq”
“Oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda, ilk matçdan sonra bu komandanı daha yaxından tanıdıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis səfərə böyük ümidlə yollandıqlarını bildirib:

“Ağıllı oyun qurmaq və yaxşı mübarizə aparmaq istəyirik. Bəzi risklərə getmək lazım olacaq. Komandanın bugünkü durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. İki günümüz var. Qalan xırda elementləri bu müddətdə daha çox nəzəriyyə və taktiki-texniki hazırlıqla futbolçulara çatdıracağıq”.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək “Sürix”–“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru