“Kim zəmanət verə bilər ki, Rusiya “Bayraqdar”ı müttəfiqi Ermənistana ötürməyəcək?” - HƏQİQƏTƏN DƏ...

27-07-2022, 17:33           
“Kim zəmanət verə bilər ki, Rusiya “Bayraqdar”ı müttəfiqi Ermənistana ötürməyəcək?” - HƏQİQƏTƏN DƏ...
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Görüş ərəfəsində belə xəbərlər yayılır ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər. Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib. Rusiya prezidentinin mətbuat katubu Dmitri Peskov deyilənləri təsdiq edib: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”. Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşacaqmı? Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir”.

TEREF.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraqdarlar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraqdarlar” əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?” – E.Şahinoğlu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.