"Harpun" ordadır, Rusiya cəsarət etməyəcək - Jdanov

1-08-2022, 10:57           
"Harpun" ordadır, Rusiya cəsarət etməyəcək - Jdanov
Bir sıra səbəblərə görə, Rusiya qoşunlarının Odessa yaxınlığında desant hücumları indi mümkün deyil.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

"Birincisi, desant gəmiləri 30% azdır. Desant gəmilərinə dəyən ziyanı xatırlayın, onların heç də hamısı təmirdən çıxmayıb. İkincisi, "Harpun" orada növbətçidir. Biz onları Qara dənizdə kəşfiyyat avadanlıqlarından məhrum etdik - kəşfiyyat aparan radiolokasiya stansiyalarının yerləşdiyi neft-qaz platformalarını məhv etdik. İndi isə Rusiya dənizdəki ümumi vəziyyəti görmür”, - Jdanov bildirib.

O qeyd edib ki, rusların quru qoşunları da uğur qazana bilməyəcək və onlar yalnız Nikolayevə çata bilər:

“Hücum əməliyyatının başlamasını çox gözləməli olmayacağıq, əgər bunu öhdələrinə götürsələr... Ola bilsin ki, onlar qrupu gücləndirib Xerson vilayətinin sağ sahilində müdafiəyə otursunlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru