"Ukraynada Almaniya ordusunda olmayan silahlar var" - Şolts

2-08-2022, 10:55           
"Ukraynada Almaniya ordusunda olmayan silahlar var" - Şolts
Almaniya kansleri Olaf Şolts bildirib ki, KİV-də Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Unikal" xəbər verir ki, o, bu barədə "Globe and Mail" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə "Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən" ölkə (Almaniya - red.) Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir.

"Biz əlimizdə olan hər şeyi çatdırdıq: tank əleyhinə və zenit sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və qeyri-öldürücü yardım. O vaxtdan bəri biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemləri...Bu sistemlərin bəziləri o qədər yenidir ki, onların çox az hissəsi istehsal olunub, bəziləri isə hətta Bundesverə təqdim edilməyib. Onu deyə bilərəm ki, Ukraynada Almaniya ordusunda olmayan silahlar var", - Şolts deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru