"Mən bilmirəm nə baş verməlidir ki, ukraynalılar burada baş verənləri bağışlaya bilsinlər..."
3-08-2022, 09:48
"Mən bilmirəm nə baş verməlidir ki, ukraynalılar burada baş verənləri bağışlaya bilsinlər..."
"Bu gün sağlam düşüncəli insanlar müharibəyə dəstək verə bilməz..."
"Təbliğatla zombiləşdirilən insanların beyinləri qoruyucu reaksiyaya malikdir..."
"Rusiya ordusunun Ukraynada törətdiklərindən sonra Rusiyada yaşamaq və işləmək qəbuledilməzdır..."
"Biz susan insanları deyil, müharibə tərəfdarlarını pisləməliyik..."
Svetlana Loboda Putinə dəstək verən rusiyalı həmkarları barədə nə düşündüyünü populyarcasına izah edib
Rusiyada və postsovet məkanında populyar olan ukraynalı müğənni Svetlana Loboda özünün Rusiyadakı susan və ya Putinin qanlı siyasətini dəstəkləyən həmkarlarının mövqeyini şərh edib.
Moderator.az xəbər verir ki, bu barədə o, gürcü jurnalisti Noe Sulaberidzeyə verdiyi müsahibəsində danışıb.
Loboda əmindir ki, rusiyalılar şüurlu surətdə Kreml təbliğatının onlara təqdim etdiyindən savayı heç bir başqa informasiya barədə billgilər əldə etmək istəmir. Axı, əgər Rusiya sakinləri onların vətəninin, həmvətənlərinin hərbi cinayətlər törətməsi, heç bir günahı olmayan dinc ukraynalıları, o cümlədən uşaqları qətlə yetirməsi faktını qəbul etsələr, bu dəhşəti anlamaqla yaşamaq rusiyalılar üçün dözülməz olacaq.
Təbliğatla zombiləşdirilən insanların beyinləri qoruyucu reaksiyaya malikdir, bu səbəbdən də istənilən dürüst, amma xoşagəlməz informasiyanı, sadəcə, qəbul etmir.
"Bu gün istənilən sağlam düşüncəli insan müharibəyə dəstək verə bilməz. Bu, sadəcə, mümkün deyil. Rusiyada yaşayan insanların ümumi kütləsi televizorlardan, radioyayımlarından yalnız bir informasiyanı eşidir. Bu, çox yüksək səviyyədə işləyən təbliğaydır. Onlar internetə baş vurmaq istəmir, özlərini təcrid etməyə çalışır. Mənim psixoloqum deyir ki, bu, insanın qoruyucu reaksiyasıdır. O, ona xoş gəlməyən informasiyanı özünə yaxın buraxmaq istəmir. O, sadəcə, bu informasiyadan özünü təcrid edir və eşitmək istədiyini eşidir", - müğənni belə bir fikir söyləyib.
Susqun mövqe tutan artistlərə gəlincə, vokalçı qadın onları pisləmir. O, güman edir ki, yalnız üzdəniraq "xüsusi əməliyyat"ı və qanlı Putin rejimini tərifləyən mədəniyyət xadimlərini günahlandırmaq lazımdır.
"24 fevraldan sonra vəziyyət elə olub ki, hər bir insan öz yolunu seçib. Biz susanları pisləyə bilmərik. Biz müharibə tərəfdarı olanları pisləyə bilərik. Bu, əhalinin çox hissəsidir. Onlar gəlib evlərində əsas fiqur olan televizora baxır. Sağlam düşüncəli insanlar bununla barışmayaraq çıxıb gedib", - tanınmış müğənni deyib.
Hazırda Ukraynada yaşayan Loboda əmin edib ki, məsələ burasındadır ki, Rusiyaya dönüb orada vokal karyerasını davam etməyə dəyməz. Rusiya ordusunun Ukrayna torpaqlarında törətdiklərindən sonra müğənni Rusiyada yaşamağı və işləməyi qəbuledilməz hesab edir, hərçənd, iki qızı Rusiyadakı evlərinə görə xiffət edir və geriyə dönmək istəyir.
Xatırladaq ki, iyunun ortalarında Svetlana Sloboda Kiyev vilayətindəki öz doğma şəhəri İrpeni ziyarət edib və uşaqlıq şəhərində gördüyü mənzərədən dəhşətə gəlib.
"Mən bilmirəm nə baş verməlidir ki, ukraynalılar burada baş verənləri bağışlaya bilsinlər!", - estrada ulduzu belə deyib.
Bundan öncə artist qadın bəyan edib ki, Ukraynada müharibə başlanandan onun ofisi könüllülər qərargahına çevrilib, əməkdaşları və Svetlananın özü isə Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalılara yardım edir.
O, həmçinin ukraynalı teleaparıcı Maşa Yefrosininanın xeyriyyə fonduna xeyli vəsait köçürüb və öz şəhərinə hər cür yardım edib.
Rusiyanın "Rus radiosu"nun videoversiyası olan RU.TV telekanalı Svetlana Loboda ilə əməkdaşlığı dayandırıb, çünki o, Ukraynada müharibəyə qarşı çıxıb və prezident Putinin siyasətini pisləyib.