"İsrail bizə kömək etdi, İran düşməndən artıq düşmən oldu" - HƏQİQƏTƏN DƏ...

11-10-2022, 16:37           
"İsrail bizə kömək etdi, İran düşməndən artıq düşmən oldu" - HƏQİQƏTƏN DƏ...
"İkinci Qarabağ müharibəsində iki məsələ açıq-aydın göz önündəydi. İran Ermənistana silah göndərirdi. Cənubi Azərbaycanlıların etirazından sonra bu davranışı - silah göndərməyi dayandırdığını bir qədər üzdə göstərsə də, yenə də həmin davranışlara davam edir və Ermənistana yardım məqsədilə silah-sursat göndərirdi"
TEREF.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına GünAz Televiziyasının rəhbəri, ictimai fəal, politoloq Əhməd Obalı danışıb. O, qeyd edib ki, həmin dövrdə silah daşınmasına qarşı etiraz edənlərin bir hissəsi həbsxanalarda, bir hissəsi də məhkəmələrdədir.

“Halbuki, onlar dövlət əleyinə heç nə danışmır, sadəcə olaraq, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana yardım məqsədilə silah göndərilməsinə qarşı çıxırdılar. Amma bu etirazlara qarşılıq olaraq, onların çoxu həbsə atıldı və bəziləri hələ də məhkəmələrdə süründürülür. Bu, məsələnin bir tərəfidir. İkinci tərəf isə budur ki, İsrail Azərbaycana silah verirdi. Azərbaycan, Türkiyə və İsraildən aldğı silahla illər boyu hazırladığı planın arxasında durdu və 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarını işğaldan azad etdi. Yəni bu baxımdan hər şey göz qabağındadır. Biri İsrail bizə kömək etdi, İran isə bizə əsl düşməndən daha çox düşmənçilik göstərdi. Təbii ki, bu iki faktoru heç bir zaman unutmamalıyıq. Yadımızda saxlamalıyıq və unutmamaq üçün danışmalıyıq”,- deyən Əhməd Obalı bildirib ki, İsrail-Azərbaycan dostluğu böyük bir tarixə əsaslanır. Heç bir zaman ölkələr arasında problem yaşanmayıb. Və son 30 ildə güclənib. İran və Ermənistan isə Türkiyə və Azərbaycana qarşı hər zaman əlindən gələn zərəri verməyə çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.