"Apteklərdə olan-qalan yodu alıb evlərinizdə saxlamayın, hələ nüvə silahı atılmayıb" - ÇAĞIRIŞ

11-10-2022, 16:51           
"Apteklərdə olan-qalan yodu alıb evlərinizdə saxlamayın, hələ nüvə silahı atılmayıb" - ÇAĞIRIŞ
Azərbaycanda son zamanlar apteklərdən yod istehlakına tələbat artıb.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb.
Bildirilib ki, Rusiyanın Ukrayna ilə münaqişə fonunda nüvə silahından istifadə etməsi təhdidindən sonra apteklərdə yoda tələbat artıb.
Məsələ ilə bağlı “Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də sosial şəbəkə hesabında paylaşım edib.
“Ay camaat, apteklərə daraşıb olan-qalan yodu alıb evlərinizdə saxlamayın! İmkan verin yodu acil ehtiyacı olanlar alsın! Yenə həmişəki kimi su gəlməmiş çırmanmayın! Hələ nüvə silahı atılmayıb! Vallah Allah bizi qorumasa, yod qorumayacaq! Qarabağ savaşında əjdaha kimi 18-20-25 yaşlarında oğullarımız şəhid oldu, qazi oldu! Biz onlardan artıq deyilik! Cılız olmayın!”, - paylaşımda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.