“Adrenalin" yoxdur, həkimlər cərrahi əməliyyat apara bilmir” - deputat

11-10-2022, 17:37           
“Adrenalin" yoxdur, həkimlər cərrahi əməliyyat apara bilmir” - deputat
“İl yarım bundan qabaq İcbari Tibbi Sığorta Fondunu tənqid edən deputat mən olmuşam”.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, insanların 80-90%-i bu gün bu Fonddan razıdır: “İclas başlayandan mənə bir neçə həkim məlumat göndərib. Bu müraciətlər TƏBİB-ə aiddir. Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. İkincisi, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.