“2 min müəllim kvadratın perimetrini hesablaya bilmir” – Emin Əmrullayev

13-10-2022, 13:53           
“2 min müəllim kvadratın perimetrini hesablaya bilmir” – Emin Əmrullayev
Bir qrup müəllim oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var.

Sozcu.az-ın məlumatına görə, bu fikirləri çərşənbə günü REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?

“Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, – deyə E.Əmrullayev bildirib.Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru