“Partiya və QHT-lər niyə etiraz etmir?” - ÇAĞIRIŞ

17-10-2022, 12:28           
“Partiya və QHT-lər niyə etiraz etmir?” - ÇAĞIRIŞ
“Azərbaycan prezidenti Astanada sərt və qəti mövqe sərgilədi. Hücum diplomatiyası ilə həm Ermənistanı, həm də Fransanı pis vəziyyətə saldı. Çünki dövlət baçısı təkcə Azərbaycanın Qarabağla bağlı problemini deyil, Fransanın ölkəmizin daxili işlərinə qarışmasını da gündəmə gətirdi. Bunun ardınca Vladimir Putin də Makronun çıxışlarını qeyri-ciddi adlandırdı”.

TEREF.AZ xəbər verir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Fransa uzun müddət Avropa diplomatiyasının lideri olub. Amma prezident Əliyev Fransa liderinin çıxışlarını gündəmə gətirməklə sanki Makronun psixoloji problemlərinin olduğunu göstərdi.

C. Nuriyevin fikrincə, E. Makron böyük siyasi səhvə yol verib:

“BMT Nizamnaməsinin birinci maddəsi ölkələrin ərazi bütövlüyünün tanınmasını və daxili işlərinə qarışmamağı nəzərdə tutur. Makron hansı ağıl və düşüncə ilə Azərbaycanın daxili işlərinə, sərhəd məsələsinə burnunu soxur? Buna kim icazə verib ki, Azərbaycan ilə Ermənistanın sərhəd məsələsinə qarışsın, bunu özünün “qırmızı xətti” elan etsin? Nə Fransanın, nə də İranın milli təhlükəsizlik konsepsiyasında belə bir bənd yoxdur”.

Professor inanmır ki, bundan sonra rəsmi Bakı Fransanın vasitəçiliyini qəbul etsin:

“Azərbaycan parlamenti də Fransa prezidentinin hərəkətlərinə münasibət bildirib. Amma bununla iş bitmir. Jurnalistlər də öz işini görür. Azərbaycanda rəsmi olaraq 59 siyasi partiya, 4800 QHT var. Onların səsi niyə çıxmır? Heç olmasa Fransa səfirliyi qarşısına etiraz aksiyası keçirsinlər”.

C. Nuriyev bildirib ki, danışan yalnız prezident və bir neçə deputatdır:

“Deputatların çoxu sanki yatıb. Bu saat Fransa ilə ticarəti olan obyektlər bağlanmalı, boykot edilməlidir. Həmin obyektlərin çoxu məmurlara, deputatlara məxsusdur. Əksər mağazlarda Fransa məhsulları satılır. Heç olmasa, bu gün dövlətin və xalqın yanında olun”.

C. Nuriyev diqqətə çatdırıb ki, Azərbaycan prezidenti dövlətin qəti mövqeyini ortaya qoyub. “Azərbaycan Minsk qrupunun həmsədri kimi də Fransanı tanımaq istəmir. Azərbaycan imkan verməyəcək ki, Fransa onun daxili işlərinə qarışsın”, - professor əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.