Bakıya qaçan Rusiya vətəndaşı: “Putin ölsə, qayıdaram” - VİDEO

18-10-2022, 19:08           
Bakıya qaçan Rusiya vətəndaşı:
“Mən və ailəm anladıq ki, səfərbərlik təkcə Rusiyanın müdafiə naziri və Putinin (Rusiya Prezidenti Vladimir - red.) sadaladıqlarını əhatə etmir. Reallıqda hamını aparırlar. Ona görə də qərara gəldik ki, Rusiyadan kənarda olmaq daha təhlükəsizdir”.
TEREF.AZ xəbər verir ki, bunu “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Azərbaycana gələn ruslardan biri deyib.
“Mitinqlərdə saxlanılanlar var, onlara polis bölməsində işgəncə verilir və s. O insanlar daha cavandır və getməyiblər. Amma mən daha böyüyəm və itirməyə nələrimsə var. Əslində bu rejimi dəstəkləyən insanlar da çoxdurlar və əksəriyyəti televizora baxan yaşlı nəsildir. Televizora baxmayanlar normal, adekvat insanlardır”, - o bildirib.
Rusiya vətəndaşının sözlərinə görə, o, Bakıda özünü təhlükəsiz hiss edir. Uzaqdan da işləyə biləcəyi üçün işini itirmək təhlükəsi də yoxdur. Bir müddət Bakıda qalandan sonra başqa ölkəyə gedib-getməyəcəyinə qərar verəcək:
“Bilmək olmaz, bəlkə, Putin sabah öldü, mən də geri qayıtdım”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.