Rusiya batır, sərhədimizi bu ölkə qorusun - Aqanesyan

24-10-2022, 12:58           
Rusiya batır, sərhədimizi bu ölkə qorusun - Aqanesyan
Artıq Rusiya keçmiş olur. Ermənistanda “Moskva”, “Kreml” qışqıranlar azalıb. Hamı anlayır ki, Rusiya çökür və özü ilə birlikdə Belarusu və Ermənistanı da batıracaq.

Axar.az xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi analitik Samvel Aqanesyan “Pressinq” verliçinin efiri zamanı deyib.

“Bir müddət sonra Rusiya özü Ermənistandan ordusunu çıxaracaq. 102-ci baza da gedəcək, sərhədlərimizi qoruyan silahlı qüvvələri də. Bəs sual yaranır, ruslar getsə, Ermənistanın sərhədlərini kim qoruyacaq? Əslində guya rus ordusu bizim sərhədləri qoruyurdu ki? Onların işi pakistanlı sərhəd pozucularını tutmaqdan ibarət idi, vəssalam. Bizim artıq yeni imkanlarımız var – Hindistan və yaxud İran. İnanın mənə ki, İrəvan sorğu göndərsə, Tehran Ermənistan sərhədlərini qorumağa razı olar, çünki bu, onların da planlarına uyğun olacaq”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru