Çarli Çaplinin ömrü boyu fəxr etdiyi atasının hərəkəti - MÜSAHİBƏ
24-10-2022, 12:10
Kino tarixinin ən məşhur komediya atyorlarından biri Çarli Çaplin müsahibəsində deyir: Balaca uşaq olanda atamla sirk tamaşasına baxmağa getmişdim. Bilet vaxtı uzun növbə idi və qarşımızda valideyinləri ilə birlikdə 6 uşaqlı bir ailə var idi. Yoxsulluqları bilinirdi. Paltarları köhnə, lakin təmiz idi. Övladları sirk haqqında danışanda, valideyini çox xoşbəxt görünürdü. Növbə onlara çatanda ataları kassaya gedib biletin qiymətini soruşdu. Kassa işçisi ona biletin qiymətini deyəndə kişi çaşbaş qaldı və dönüb yoldaşının qulağına nəsə pıçıldadı. Utandığı asanlıqla görünürdü. Birdən atam cibindən 20 dollar çıxarıb yerə atdı. Sonra əyilib onu götürdü və kişinin çiyninə toxunaraq dedi: “Pulunuz düşdü, cənab...” Adam atama baxdı və gözləri yaşla dedi: “Sağ olun, bəy”. Onlar içəri girəndən sonra atam əlimdən tutub növbədən çıxdı. Çünki atamın kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi. O vaxtdan atamla fəxr edirəm və bu 2 dəqiqə həyatımda gördüyüm ən yaxşı şou idi. Əminəm ki, o gün baxa bilmədiyim sirk tamaşasından daha yaxşı idi.