“Biz Krımı qaytaranda Krım körpüsü məhv ediləcək” - Budanov

25-10-2022, 09:34           
“Biz Krımı qaytaranda Krım körpüsü məhv ediləcək” - Budanov
Krım Ukraynaya qayıdandan sonra, Kerç körpüsü mövcudluğunu itirəcək.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin başçısı Kiril Budanov «UP»-ə müsahibəsində bəyan edib («UNİAN»).

Jurnalist ölkənin baş kəşfiyyatçısından soruşub ki, Krım körpüsünə nə olub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb və konkretliyi sonraya saxlayıb.

«Cavab üçün mürəkkəb sualdır. Gəlin, bu barədə başqa vaxt danışaq. Yalnız deyə bilərəm ki, Krım körpüsü çox güclü dağıntıya məruz qalıb. Bu körpü «rus dünyası»nın rəmzlərindən biridir. «Moskva» kreyseri dənizin dibinə getdi. Krım körpüsü də faktiki eləcə. Bütün bunlar onu deyir ki, bu rejimin elə də çox vaxtı qalmayıb» - BKİ başçısı bəyan edib.

Budanov həm də Rusiya Federasiyasının (RF) bu ittihamını şərh edib ki, guya Krım körpüsünün dağıdılması ilə o əlaqəlidir. Bu boş sözləri BKİ başçısı təbəssümlə şərh edib və bildirib ki, ona axıra kimi ciddi yanaşmır. «Bilirsiniz, mən buna axıra qədər ciddi yanaşmıram. Dəqiq xatırlada bilmirəm, amma Çin Kommunist Partiyasının böyük çap nəşrinin dərc etdiyi məqalə bu barədədir ki, Rusiya bu məsələdə Ukraynanı çox yüksək skepsis səviyyəsi ilə günahlandırır. Amma başa düşmək lazımdır ki, Çin kompartiya nəşrində dərc olunan fikir hamı ilə razılaşdırılıb. Bir daha deyirəm ki, bu, rəsmi nəşrdir və Çinin yüksək hərbi-siyasi rəhbərliyi ilə bağlıdır. Əgər hətta onlar şübhələnirlərsə, özünüz nəticə çıxarın» - o, qeyd edib.

Budanov Prezident Volodimir Zelenskinin bu barədə eyhamı ilə razılaşıb ki, Krım körpüsü ilə bağlı tarixçə Rusiya güc strukturları daxilində münaqişənin nəticəsi ola bilər.

«Doğrudur. Burada daha heç nə əlavə edə bilmərəm. Amma başqasını deyəcəm: Krım körpüsü - bu, simvoldur ki, məhv ediləcək. Krım qayıdan zaman körpü mövcudluğunu itirəcək. Bu nəqliyyat arteriyası gerçəkdən, heç kimə lazım deyil» - Budanov deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.