“Medvedevin şansı yoxdur” - Budanov Putinin ehtimal olunan varislərini sadalayıb

25-10-2022, 09:44           
“Medvedevin şansı yoxdur” -
Rusiyada Vladimir Putinin taxt-tacı uğrunda mübarizə kəskinləşib. Xüsusilə bu, Ukrayna vilayətlərinin ilhaqının leqallaşdırılmasından sonra hiss olunandır.

Bu barədə «UP»-ə müsahibəsində Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov danışıb («UNİAN»).

Diktatorun varisi kimi özünü o şəxs görür ki, hazırda Ukrayna ərazilərinin ilhaqında ona kömək edir - RF Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko. Qalan namizədlər az ehtimal olunandırlar.

Jurnalist qeyd edib ki, Ukraynanın siyasi dairələrində onu müzakrə edirlər ki, Putinin yerinə RF Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və RF Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin oğlu, RF kənd təsərrüfatı naziri Dmitri Patruşev «can atır».

«Medvedev - şanssızdır. Patruşevin oğluna gəlincə, onu hamıdan əvvəl prezident kimi atası görmək istəyir. Bu, onu görmək istəyən başlıca qüvvədir. Patruşevin şansı varmı? Hipotetik olaraq, var. Amma orada o, təkdir. Kiriyenko özünü kresloda görür» - Budanov deyib.

Digər namizədləri o, sadalamaqdan imtina edib.

Xatırladırıq ki, Budanov bicliklə gülümsəyərək, cavab verib - Putin hələ sağdır.

«Biz, bütün situasiyaları götür-qoy edirik. Tələsməyin. Əgər hər şeyi əvvəlcədən bilsəniz, bundan sonra yaşamaq maraqsız olar (gülümsəyir)» - Budanov deyib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.