“Bu, jurnalistika deyil, tərbiyəsizlikdi” - Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalına REAKSİYA

27-10-2022, 00:08           
“Bu, jurnalistika deyil, tərbiyəsizlikdi” -
“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”.
Bu sözləri Bakupost.az -a Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı açıqlamasında deyib.
“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru