Çingiz Abdullayev: "Dediklərimdən peşman deyiləm, sözümün üstündəyəm"

27-10-2022, 12:36           
Çingiz Abdullayev:
“Mənim kimi birinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında AYB sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibət bildirərkən deyib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Xatırladaq ki, media təmsilçilərindən birinin AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualına xalq yazıçısı təhqirlə cavab verib.

Çingiz Abdullayev jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Media təmsilçisinə verdiyi reaksiyaya görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru