“Jurnalistin nə azarı var, ona nə düşüb ki...” — Seyran Səxavət Çingiz Abdullayevi müdafiə etd

28-10-2022, 09:50           
“Jurnalistin nə azarı var, ona nə düşüb ki...” —
“Jurnalist bu sualı mənə versəydi, mən bir az ayrı cür cavab verərdim. Jurnalist əgər araşdırmaçıdırsa, getsin yüksək vəzifəli məmurlar tərəfindən nələr baş verdiyini araşdırsın”.

Demokrat.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət jurnalistin sualına əsəbiləşərək sərt reaksiya verən yazıçı Çingiz Abdullayevlə bağlı qalmaqaldan danışarkən deyib.

“Jurnalist milyonlarla yeyintinin araşdırması ilə məşğul olsun. Hamı bilir ki, hansı məmur nə qədər pul yeyintisi edib. Jurnalistin nə azarı var, ona nə düşüb ki, 203 minin hara xərcləndiyini soruşur?

Məmurların dağıtdığı milyardları qoyub 203 minin dalınca qaçır. Burada jurnalistin nə marağı var?

Məmur var ki, qoluna milyardlıq saat taxır. Əvvəlcə ondan hesabat soruşssun, sonra gəlib bizi başa salsın görək, o 200 min yazıçılara çoxdur, yoxsa az. Hamı bilir ki, məmurlar ölkədən milyardlar çıxardır. Həmin jurnalistdən soruşuram, bir dəfə bundan yazdınmı?

Yazıçılar Birliyinə 200 min azdır, 200 milyard xərcləmək lazımdır”, S.Səxavət əlavə edib.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verib./Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru