Ekspert Ukraynanın ən gözlənilməz müttəfiqlərinin adını çəkdi: “Eyni dronlar, eyni raketlər...”
28-10-2022, 12:33
“Ukraynanın Yaxın Şərqdəki müttəfiqləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdir”.
Bu barədə Lvovda yerləşən Ukrayna Media Mərkəzinin Yaxın Şərq Araşdırmaları İdarəsinin direktoru İqor Semivolos bildirib.
Ekspertin fikrincə, bütün bu ölkələr eyni şəkildə İran silahlarından əziyyət çəkirlər.
“Bizim müttəfiqlərimiz ilk növbədə İrandan əziyyət çəkən ölkələrdir. Çünki Ukrayna şəhərlərini vurmaq üçün uçan eyni dronlar, eyni raketlər hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Əmirliklərə və digər şəhərlərə, anbarlara, neft yataqlarına və s. qarşı da istifadə olunur”, - deyə Semivolos qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın yuxarıda qeyd olunan ölkələrlə tarixi ziddiyyətləri yoxdur. Lakin Sovet İttifaqı irsinin mövcud olduğu ərəb ölkələrində vəziyyət daha mürəkkəbdir.
Bununla belə, ekspert əmindir ki, Ukrayna bu vəziyyəti öz xeyrinə çevirə bilər. Bu cür ölkələrlə dialoq qurmaqla Rusiya ekspansionizmindən uzaqlaşa bilər. Beləliklə, Ukrayna sübut etməlidir ki, Rusiya Federasiyası müstəmləkə müharibəsi aparan imperialist ölkədir.
Ekspertin fikrincə, bu halda Ukrayna müstəmləkə dövrünü keçmiş ölkələrlə birlik hissi yarada bilər.