“Rusiya Əfqanıstanda türkmənləri müharibəyə cəlb edir” - Ekspert

29-10-2022, 09:53           
“Rusiya Əfqanıstanda türkmənləri müharibəyə cəlb edir” - Ekspert
Rusiya Əfqanıstanda yaşayan etnik türkmənləri Ukraynaya qarşı müharibəyə şirnikdirir.

Bu barədə hərbi ekspert Oleq Jdanov öz abunəçilərinin birindən sitat gətirərək, danışıb («UNİAN»).

«Rusiya Əfqanıstanda etnik türkmənləri ələ alır. Mükafat qismində onlara ev, maşın, torpaq sahəsi, hətta qız da vəd edirlər. İstənilən xoşa gələn qız onunku olacaq, daha dəqiqi - evlənməyə kömək edəcəklər. Bütün sənədləri düzəldəcəklər. Bax, rusiyalı ələ alanlar Əfqanıstanda yaşayan türkmənlərə vəd edirlər. Tezliklə Pakistandan, Hindistandan, Afrikadan ələ alınmş müqəvvalar gətirəcəklər» - Jdanov öz abunəçisinin şərhini oxuyub.

Ardınca USQ polkovniki Rusiyada səfərbərliyin effektliliyini şübhə altına alıb. «Bu, necə alınır: səfərbərlik müharibəni udmağa kömək etməyəcək və ya hətta cəbhəni sabitləşdirməyəcək. Siz, «ətlik malı» başqa ölkələrdə toplayırsınız. Odur ki, məsələ qaldırmaq lazımdır, bizim müttəfiqlərimiz Rusiyanı terrorçu dövlət kimi tanısınlar» - ekspert əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru