Rəqqasə Renka: “Ərimdən boşanandan sonra qaynanamla…”

30-10-2022, 10:38           
Rəqqasə Renka:
"Həyat yoldaşımdan boşanandan sonra qaynanamla çox yaxın olmuşam".

Teref.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Renka" ləqəbi ilə məşhurlaşan oriental rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Rəqqasə boşandığı həyat yoldaşının anası ilə münasibətlərindən söz açıb:

"Allah qaynanama rəhmət eləsin. O, çox pis xəstəlikdən dünyasını dəyişdi. Çox gözəl insan idi. Hətta həyat yoldaşıma söyləyirdim ki, səni dünyaya gətirən ananı çox sevirəm. Ona davamlı deyirdim ki, anana zəng et onunla maraqlan, diqqətdən kənar qoyma. Üç oğul böyütmüşdü. Güclü qadın idi".

Qeyd edək ki, Rəna Ağamuradovanın ilk evliliyindən 15 yaşlı Murad adında oğlu və 13 yaşlı Namiliya adlı qızı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru