“Qoy Rusiya sifətini itirsin, dizləri üstə Pekinə doğru iməkləsin...” –

31-10-2022, 08:18           
“Qoy Rusiya sifətini itirsin, dizləri üstə Pekinə doğru iməkləsin...” –
Rusiyalı müxalifətçi Mark Feygin bəyan edib ki, Çin Rusiyanın zəifləməsində, Ukraynadakı müharibədə məğlub olmasında maraqlıdır, çünki Rusiya Federasiyası xilasını məhz ÇXR-da axtaracaq.

Bu barədə o, Esperecco telekanalının efirindən danışıb («UNİAN»).

“Moskvanın zəifləməsi və hətta Ukraynada yüngül məğlubiyyəti Çinə sərfəlidir. Bəli, əlbəttə, əgər Moskva müharibəni 2-3 günə udsaydı, o zaman başqa söhbət olardı. Amerikanı silmək olardı və sairə. Amma axı bu, baş verməyib. Başqa sözlə, Moskva bu müharibədə qalib gəlməyib, Kiyevi ələ keçirməyib. Nə üçün ona sifətini itirmədən bu çuxurdan çıxmağa kömək edilməlidir?» - Feygin izah edib.

Rusiyalı müxalifətçinin sözlərinə görə, Çin üçün iqtisadi cəhətdən zəif Rusiya sərfəlidir. Bu halda ÇXR özünün bilavasitə üstünlüyünü göstərə bilər.

«Əksinə, qoy Rusiya sifətini itirsin, qoy o, dizləri üstə Pekinə doğru iməkləsin və ondan iqtisadiyyatını xilas etməyi yalvarıb istəsin…» - Feygin əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.