Azərbaycanda İran generalına yas tutan məmur kimdir? - Deputatdan AÇIQLAMA

31-10-2022, 16:40           
Azərbaycanda İran generalına yas tutan məmur kimdir? -
"Mübarizə ilə mübarizə imitasiyası ayrı-ayrı şeylərdir. Mənim gördüyüm hələ ki, mübarizə imitasiyasıdır. İranın məlum generalının ölümünə yas tutan birisi dövlət qurumunda məsul vəzifəyə götürülür".

TEREF.AZ bakupost.az-a istinadla xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə bildirib.

O, qeyd edib ki, İran şəbəkəsinin Rusiyada ideoloji tapşırıqlarını icra edən birisi Bakının mərkəzində auditoriya yığıb kitab evində geniş təqdimat keçirir:

"İranın iki qadın qarğasının dili ilə dövləti müdafiə edən televiziyanın qarşısında Azərbaycan əhalisinin 90 faizinin İrançı olduğu deyilir. Kimdir axı bütün bu prosesin səlahiyyətli dəstəkvericiləri? Üstəlik də İranın son günlər atdığı addımlara qarşı televiziyalardan bəzən qulağımızı deşən təməlsiz və bəsit informasıya siyasətinə aid bir söz də söyləmək olmur...Kimə deyəsən, hara anladasan? Savadsızlıqdan, qanmazlıqdan, naşılıqdan, biganəlikdən nə etdiyini bilməyənlərin ucbatından məkrli bir düşmənin qarşısında müqavimətsiz durumda qalıb bu ölkə üçün narahatçılıq keçirən insanlar. Heç bir prosesə zamanında hazır ola bilmirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru