Soçi görüşündə Zəngəzur dəhlizi müzakirə olunub - AÇIQLANDI

2-11-2022, 18:42           
Soçi görüşündə Zəngəzur dəhlizi müzakirə olunub - AÇIQLANDI
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması Soçidə üç ölkənin liderlərinin sammitində müzakirə olunub.

TEREF.AZ-ın APA-ya istinadən məlumatına görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zəngəzur dəhlizi ilə bağlı ünvanlanan suala cavabında Rusiya XİN sözçüsü ölkəsinin “marşrut” terminindən istifadə etdiyini diqqətə çatdırıb.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması problematikası Soçidə keçirilən sammitdə müzakirə olunub. Razılaşdırılıb ki, müvafiq iş üç ölkənin Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək”, - Zaxarova vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru