“Türk dünyasına gedən yol Qarabağdan keçir” - Türkiyəli politoloq + VİDEO

8-11-2022, 22:22           
“Türk dünyasına gedən yol Qarabağdan keçir” -
“Türk dünyasına gedən yol Qarabağdan keçir”.

Bunu türkiyəli politoloq Hakan Aktürk Baku TV-nin canlı yayımında Zəfər Günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin möhkəm iradəsi nəticəsində Azərbaycan illərlə işğal altında qalan torpaqlarını azad edib.

“Bu gün Şuşa, Qarabağ hamımızın ürəyində cənnət yurdudur. Çünki Qafqazdakı qəlbimiz Azərbaycandır. Artıq hər Türkiyə Respublikası vətəndaşı qarabağlıdır. İllərlə bütün türk dünyası olaraq oranın həsrətini çəkmişik”, - deyə politoloq bildirib.

H.Aktürk qeyd edib ki, ermənilər Qarabağda bir ağac belə əkmədikləri üçün gedərkən də oranı yandırdılar, xarabalığa çevirdilər.


“Çünki vətən, torpaq onların deyildi. Torpaq azərbaycanlıların idi”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru