Erməni deputat: “Mövqelər arasında bir neçə metr məsafə var, hətta Azərbaycan əsgərlərinin üzləri görünür”

9-11-2022, 08:29           
Erməni deputat:
Erməni deputat: “Mövqelər arasında bir neçə metr məsafə var, hətta Azərbaycan əsgərlərinin üzləri görünür”
“Mövqelər arasında cəmi bir neçə metr məsafə var, hətta Azərbaycan əsgərlərinin üzləri də görünür”.

Bunu “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Armen Xaçatryan jurnalistlərə müsahibəsində deyib. O, sərhəddə hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyətdən danışıb.

“Biz Cermuk bölməsindəki sərhəd mövqelərinə baş çəkdik, baş verənləri öz gözlərimizlə gördük2, – deputat deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun mövqelərinin o qədər yaxın yerlərdə yerləşir ki, hətta onlar əsgərlərin simalarını da görürlər.

“Bəli, sərhəd xəttindən həm durbinlə, həm də adi gözlə düşmən mövqelərinin göründüyü yerlər var. Xoznavarda elə yer var ki, orada mövqelər arasında cəmi bir neçə metr fərq var və hətta əsgərlərin üzləri görünür. Sentyabrın 13-də onların irəliləməsindən sonra yaranmış vəziyyət bizə öz mövqelərimizdən onların mövqelərini görməyə imkan verir”, – deyə Xaçatryan bildirib. \\KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.