Beynində şiş aşkarlanan “Toppuş bacı”: “Mənə yarım milyona yaxın xərc çəkilib”

10-11-2022, 09:14           
Beynində şiş aşkarlanan “Toppuş bacı”:
“Kimyaterapiyaları dayandırdıq. Çünki artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya keçirtdim. Nə ağciyər, nə qaraciyər, nə də ki, sümükdən xərçəng sağalmadı. Ona görə bu addımı atdıq. Amma “MRT”-nin cavabına görə, bir kəllədə, bir də beynin içində iki şiş tapılıb. Buna görə, şüa alacağam”.

TEREF.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” ictimai-sosial verilişinə “Skype” vasitəsi ilə qoşularkən deyib.

Sənətçi bildirib ki, səhhətinin yaxşılaşması üçün indiyə kimi yarım milyon manat pul xərclənib:

“10 dəfə şüa alacağam, sonra biraz gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Amma əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacayıq.

Çalışıram hər zamankı kimi olum. Allahdan ümid üzülməz. Heç bir iynə vurdurmuram və dərman qəbul etmirəm. Çünki 65 kimyaterapiya zamanı onların hamısını kifayət qədər qəbul etmişəm.

Beş ilə yaxın Milli Onkologiyada təmənnasız müalicə aldım.

Bəlkə də hesablasan Milli Onkologiyada yarım milyona yaxın mənə xərc çəkilib. “Akıllı ilaçlar” deyilən dərmanlar var. Yenə son ümüd yeri o dərmanlardır. Fikirləşirəm ki, onları əldə edim”.

Hazırda rayonda qayınatasının yanında olduğunu açıqlayan Tünzalə Əliyeva Gəncəyə yollanaraq, atasına baş çəkəcəyini bildirib.

“Dünən rayona qayınatamın evinə gəlmişəm. Sözün düzü, bura gələcəyimi heç kimə demədim. Gəldim hamı ilə görüşüm. Buradan Gəncəyə, atamla görüşməyə gedəcəyəm. Beyin çox qəliz orqandır. Ciyərimdə isə o qədər törəmələr var ki, əməliyyat da mümkün deyil. Baş gicəllənmələrim olur, “Skype”da sizinlə danışdığım zaman anidən yıxıldım. Əsas odur ki, həyatda yıxılmayasan.

Çalışıram pozitiv olum. Həyat qabaqdadır, yaşamaqdan ümid üzülməyib”, – deyə aktrisa qeyd edib.

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək aktrisanın daxili orqanlarına yayıldığını bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.