“Putin Baltikyanını ələ keçirməyi planlaşdırdı, amma Ukraynadan yapışdı...” - Tarixçi
11-11-2022, 10:08
2018-2020-ci illər aralığında Rusiya Federasiyasında bir çoxuna aydın oldu ki, diktator Vladimir Putin böyük hərbi kampaniya hazırlayır. Beləliklə, Baltikyanı bölgə zərbə altına düşməli idi. O, orada yüksək effektli hibrid hərbi əməliyyat planlaşdırmışdı. Ancaq Putin Ukraynanın üzərində dayandı, baxmayaraq ki, bu ilin martında buna peşman oldu («UNİAN»).
Tarixçi və siyasi analitik Valeri Soloveyin «Balkanka»nın yeni buraxılışında («DENQİ» telekanalı) bəyan etdiyi kimi, Putinin Baltikyanı planı barədə NATO-da xəbərdar idilər. Məhz buna görə Baltik ölkələrində Alyans tarixində nəhəng hərbi təlim başlandı.
Soloveyin qeyd etdiyi kimi, müttəfiqlər Rusiya ordusunu qarşılamağa hazırlaşırdılar.
Bunun ardınca Putin öz planını təxirə saldı, 2021-ci ildə isə böyük və məğlubedilməz dövlət xadimi titulu ideyasına qayıtdı. Krım və Donbass ona azlıq etdi. Diktator bütün Ukraynanı ələ keçirmək qərarına gəldi. Burada hadisələrin mistik tərkib hissələri də rol oynadı. Putin «Əgər dünyanın xəritəsini dəyişsən, o zaman əbədi idarə edəcəksən» hipotezinə inandı. Bu məsələdə onu ən azı iki adam dəstəkləyir. Soloveynin sözlərinə görə, onlardan biri mistikadan heç də pis baş çıxartmır.
Putin üçün həm də o fakt mənfi rol oynadı ki, 2020-ci ildən o, faktiki olaraq, təcrid vəziyyətində olub. Bu, ölkənin yaşadığı təkcə koronovirusla və onun keçirdiyi ağır əməliyyatla əlaqəli olmayıb.
Solovey qeyd edib ki, 2021-ci ilin sonunda Putinin ətrafından olan mənbə onun üçün təsdiqləyib ki, müharibə dəqiq olacaq. Putin tarixi müəyyən etdi və əmin oldu ki, çox tezliklə Ukraynanı ələ keçirəcək.
Ekspertin izah etdiyi kimi, Ukraynanın ələ keçirilməsi planını Putin faktiki olaraq, özü fikirləşib. Bu işğalçı ideyanı ona sırımayıblar. Diktator təcavüzdən imtina edənləri tamamilə sındıra bilmişdi.
Putinin planına görə, Odessa və Nikolayev iki həftədən sonra təslim olmalı idi, sonra isə rusiyalılar Moldovaya getməli idilər. Yeri gəlmişkən, Moldovanın ələ keçirilməsi üçün diktator öz ordusuna bir sutka vaxt ayırmışdı.