“Ukraynadakı uğursuzluğa görə Putini “yeyəcəklər” - Rusiyalı müxalifətçi
11-11-2022, 10:14
Əgər Putin döyüş meydanında udsaydı, müxalifətçi qeyd edir, o zaman ətrafında ona qarşı heç bir irad olmazdı.
Prezident Vladimir Putinin yaxın ətrafı Ukrayna cəbhəsindəki məğlubiyyəti ona bağışlamaz. Və belə görünür ki, hər şey ora doğru gedir.
Kreml sahibinin devrilməsi ssenarisi barədə rusiyalı müxalifətçi Leonid Qozman «Arqument» proqramının yeni buraxılışında danışıb («UNİAN»).
«Hesab edirəm ki, Putinin ətrafı məğlubiyyəti ona bağışlamaz. Üstəlik də bu məğlubiyyət onların həyatının kəskin pisləşməsi, mürəkkəbləşməsi deməkdir. Çünki onlar işlədiklərinin əvəzində qazandıqlarını - xarici aktivlərini, Qərbdə həyat imkanlarını, yaxtalarını, saraylarını itiriblər» - Qozman deyir.
Əgər Putin döyüş meydanında udmuş olsaydı, müxalifətçi əlavə edir, ətrafında ona qarşı heç bir irad olmazdı.
«Necə ki, o, məğlub olur, mən hesab edirəm, onlar ona “soxulacaqlar”. Ona görə də hər şey əsgərlərin əlindədir» - Qozman yekunlaşdırır.