“İran özünü elə aparmalıdır ki..." - Partiya sədrindən sərt açıqlama

11-11-2022, 10:38           
“İran özünü elə aparmalıdır ki..." -
“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada etdiyi çıxışı çox yüksək qiymətləndirirəm. Həmin çıxışı ilə Prezident həm ermənilərə, həm də onun havadarlarına doğru və kəskin mesajlar verdi”.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Asim Mollazadə qeyd edib ki, Ermənistan üzərinə üçtərəfli Bəyanatla öhdəliklər götürüb və bu öhdəliklərə əməl etməlidir:

"Ermənilər və onun havadarları bilməlidir ki, üçtərəfli Bəyanatın müvafiq bəndləri icra edilməlidir. Ermənistanın havadarları, hansı ki onlar Qarabağda silahlı qüvvə saxlayır, silah-sursat daşıyırlar, onlar da üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər”.

Deputat bildirib ki, Azərbaycana sülh lazımdır:

“İrana gəldikdə isə onlar anlamalıdırlar ki, Azərbaycan və onun müttəfiqləri kifayət qədər güclüdürlər və cavablarını verə bilərlər. Ona görə də otursunlar yerində və insanların qanını içməsinlər. İran daxildə etiraz edən qadın və uşaqları öldürür, beynəlxalq terrorizmi dəstəkləyən dövlət kimi özünü elə aparmalıdır ki, ümumiyyətlə səsi çıxmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.