"İran Azərbaycandan gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək" - Voskanyan

13-11-2022, 09:07           
"İran Azərbaycandan gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək" - Voskanyan
“İran Azərbaycan ərazisindən gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək”.

Bunu İranşünas Vardan Voskanyan sosial şəbəkə hesabında yazıb.

“İran Azərbaycanı regionun təhlükəsizliyinə təhdid görür. İran hesab edir ki, Azərbaycanın “bütün qonşuları ilə problemi var” və xüsusən də İrana qarşı düşmənçilik nümayiş etdirir.

Ona görə də İran tərəfi öz milli təhlükəsizliyinə Azərbaycan ərazisindən gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək”, – Voskanyan yazıb.

P.S. Gör kim kimi dəstəkləyir, kim kimi təhdid hesab edir… İranın maskası cırılandan bəri erməni “qardaşları”na yaman qahmar çıxır, o bunu dəstəkləyir, bu onu tərifləyir… Ürəkləri dolu imiş ki, bu “iki qardaş”ın. 30 il məscidlərdə donuz saxlayan Ermənistanla bütün varlığı ilə türkə nifrət edən İran regionun təhlükəsizliyinin “qayğısına qalır”. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru