Ağalarovun erməniləri silkələyən müsahibəsi - VİDEO

14-11-2022, 16:24           
Ağalarovun erməniləri silkələyən müsahibəsi - VİDEO
Azərbaycanın xalq artisti, məşhur iş adamı Emin Ağalarovun rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibəsi yenidən sosial şəbəkə seqmentində trendə çevrilib.

Müsahibənin xüsusilə İkinci Qarabağ savaşından sonrakı vəziyyətlə bağlı hissəsi paylaşılıb və erməni sosial şəbəkələrində geniş aks-reaksiya doğurmaqdadır.

Ermənilər bu müsahibəyə kəskin reaksiyalar bildirməkdə davam edirlər.

TEREF.AZ Kult.az-a istinadla müsahibənin sözügedən hissəsinin tərcüməsini təqdim edir:

- Emin, sən 100 min avroya istənilən tədbirə gedərsən?

- Bəli, demək olar ki, hamısına.

- Bəs, İrəvana 100 min avro qarşılığında tədbirə gedərsən?

- Yox.

- Görürsən?! Bəs İrəvana hansı məbləğ qarşılığında gedərsən?

- Heç bir məbləğ qarşılığında getmərəm.

- Ümumiyyətlə?

- Ümumiyyətlə.

- Emin, sən artıq təyyarədə mənə dedin ki, İrəvana heç vaxt getməyəcəksən. Mən bilirəm ki, sən siyasətdən danışmırsan və şərh etmirsən. Amma sənə sualım var. Bu, siyasi sual deyil, mən həqiqətən də anlamağa çalışıram. Nəyə görə azərbaycanlılarla ermənilər arasında belə lənətlənmiş qəti düşmənçilik var? Axı biz XXI əsrdə, internet dövründə yaşayırıq, kimə lazımdır bu bir hissə torpaq parçası?

- Biz kənardan belə fikirləşə bilərik. Əslində isə təsəvvür edək ki, sən üç otaqlı evində yaşayırsan və həmin otaqlardan birində əvvəllər kirayə yaşayan və ya həmin otaqda sənin qonağın kimi qalan şəxs gəlir və otaqlardan birini turur. Deyir ki, bura artıq mənimdir, bura divar çəkək və sən mənim otağıma gələ bilməzsən. Bu zaman inciklik düşür. Bütün xalqda, bütün millətdə haqsızlığa məruz qalma hissi yaranır. Ermənistan 30 ildən çox Azərbaycanın 20% ərazisini tutmuşdu.

- Axı bu münaqişənin bəlkə də 100 yaşı var. Niyə onlar bu qədər canlı qalır? Ermənistanda azərbaycanlılar haqqında, Azərbaycanda ermənilər barəsində lətifələr daşırlar. Bu, sanki torpaq uğrunda yox, genetik ötürülən düşmənçilikdir.

- Ərazilər tutulanda uşaqlar, qocalar, insanlar ölüb. Bu izsiz qala bilməz. Bu fincanı özünə tərəf çəkmək deyil, bu insan həyatlarıdır. Dağıdılmış həyatlar, ailələrdir. Yəni bütün bunların unudulması, hətta unudulması yox, tənzimlənməsi üçün gərək nəsillər dəyişsin. İndi də hər iki tərəfdən nə qədər əsgər həlak oldu. Bu da insan həyatıdır. Onlar torpaqları azad edib, Azərbaycanın yenidən ərazi bütövlüyünü bərpa etdilər. Yenə də hər iki tərəfdən dərin izlər buraxıldı. Və zaman keçməyincə, bu hisslərdən qurtulmaq alınmayacaq.

- Yəni bu münaqişə hələ onillər də davam edəcək?

- Yəqin ki! Həm də bu barışıq üçün bir addım ola bilər. Ola bilsin ki, uzun bir müddət sonra, nəsillər dəyişdikdən sonra sülh olsun. Sülh o zaman olar ki, hər iki ölkənin ümumi qəbul edilmiş, ədalətli, doğru sərhədləri olsun. İndi artıq münaqişə üçün səbəb yoxdur. Əvvəl var idi.

- Siz belə hesab edirsiniz. Ermənistan isə hesab edir ki, indi müharibə üçün səbəb var. Çünki onların əraziləri tutulub.

- Xeyr, heç kimin ərazisi tutulmayıb. Azərbaycan nəhayət ki, BMT qətnamələrinə uyğun, beynəlxalq xəritələrdə olan ərazisini tam bərpa etdi.

- Obyektiv cavab versək, səncə, Rusiya bu münaqişədə Ermənistana qarşı ədalətli davrandı?

- Əgər Rusiya başqa cür davransaydı, ilk növbədə özünə qarşı ədalətsiz olardı. Çünki münaqişənin bir doğrusu var idi: Ermənistan Azərbaycanın ərazisini boşaltmalı idi. Əgər hansısa ölkə buna qarşı çıxsaydı, o zaman o, beynəlxalq qəbul edilmiş qərarlara qarşı olacaqdı.

- Sən axı sülh adamısan, xaricdə təhsil almısan. Səncə, kənardan baxanda, sənin kimi insanlar sülh çağırışçısı olmalı deyillərmi? Sən İrəvana gedə, bəzi yerlərdə ermənilərə dəstək verməklə sülh çağırışçısı ola bilərsən. Deyə bilərsən ki, uşaqlar, artıq Qarabağ münaqişəsi, sərhədlər vacib deyil, artıq fərqli düşünməliyik və mənim üçün bu münaqişə yoxdur.

- Çətin sualdır. Mən prinsipcə, sülh adamıyam, istənilən şiddətə, müharibəyə qarşıyam. O zamana qədər ki, ondan qaçmaq mümkündür. Bu münaqişə artıq baş verib. İndi hesab edirəm ki, biz sülh üçün nədənsə başlaya bilərik. Mənim erməni xalqına qarşı nifrət hissim yoxdur.

- Sənin erməni əsilli dostların var?

- Var.

- İnanmıram. İnanmıram ki, belə birbaşa erməni dostların var.

- Birbaşa yaxın erməni dostum yoxdur, amma biz Moskvada yaşayırıq və ətrafda erməni insanlar var.

- İnsanlar var (gülür). Bəlkə sənin ofisiantın ermənidir, yəni bu qədər. Yeri gəlmişkən, mən burda restoranları (Emin Ağalarova aid restoranlar nəzərdə tutulur – red.) gəzdim, baxdım. Siz işə də özünüzünküləri götürürsünüz.

- Bura gələnlər azərbaycanlılar özləri bizdə işləmək istəyir. Bu da normaldır. Çünki bilirlər ki, onlar heç kim aldatmayacağıq, maaşları vaxtında veriləcək.

- Gəl, açıq danışaq: sənin yanına iş görüşünə azərbaycanlı və erməni gəlsə...

- Erməni iş üçün mənim yanıma gəlməz (gülür).

- Bütün bunlar əcdadlarının, daşıdığın qanın çağırışıdır. Bu mövzuda London təhsili, kosmopolit fikirlər hamısı qalır geridə. Bax bu maraqlıdır. İndi İT əsridir, sən müasir insansan. Amma yenə də belə mövzuda daha dərinlikdə olan genetik qan öz sözünü deyir.

- Öz ölkəni, xalqını sevirsən və onunlasan. Bununla heç nə etmək olmaz.

- Ermənilər haqqında ən çox bəyəndiyin lətifəni deyə bilərsən?

- Yox (gülür). Bu, yaxşı görünmür.

- Erməni tanışlarınla birgə olanda Qarabağ münaqişəsi mövzusu qadağandır?

- Xeyr.

- Olub ki, sən bu mövzu barədə kiminləsə davaya çıxmısan?

- Olmayıb. Biz təhsilli insanlarıq. Hər kəs öz mövqeyini bildirə bilər. Erməni tanışla bir yerdə olduqda biz fikirlərimizi bildirə və dalaşmadan, münasibətimizi davam etdirə bilərik.

- Dürüstcəsinə de: sən erməni qızla görüşə bilərsən?

- Yəqin ki, yox.

- Niyə?

- Bu, ziddiyyət yarada bilər...

- Təsəvvür elə, gözəl qızdır, sənin kimi Londonda təhsil alıb, hər il “Jara” festivalına gəlir...

- O zaman “Jara” olmayacaq.

- Bura erməniləri buraxmırlar, hə?

- Eynən İrəvana da azərbaycanlıları da buraxmırlar.

- Bu yaxınlarda ərəb ölkələrinə yəhudiləri gəlişinə icazə verirlər. Mən baxdım və dedim ki, nəhayət, doğru qərar verildi.

- Müharibədən bir müddət əvvəl Azərbaycana erməni idmançıları da gəlmişdir. Cənab Prezident (Azərbaycan Prezidenti İlham Əliyev –red.) idman arenasında qalib gəlmiş erməni idmançısına qızıl medalı təqdim etdi və onu təbrik etdi.

- Xalq bunu necə qarşıladı?

- Normal. Qalib olan öz medalını aldı. Addım-addım bu qapılar açıla bilər.

- Əgər bu sənin qərarın olsaydı, Bakıya ermənilərin gəlişinə razı olardın?

- Mən siyasətdə bunun doğru, bunun səhv olduğunu deyəcək qədər yoxam. Amma onları bura buraxmırlar, çünki ehtiyat edirlər ki, nəsə baş verə, kimsə kimisə öldürə bilər.

- Doğrudur ki, Azərbaycanda yaşayan ermənilər öz adlarını gizlədir və başqa adlarla yaşayır?

- Belə təcrübə var. Müharibədən əvvəl də, 90-cı illərin əvvəlində Bakıda çoxlu erməni yaşayırdı. Bir qismi getdi, bir qismi isə Bakıda qurduğu ailəsi ilə qaldı. Onlar hələ də burda yaşayır və heç bir problem olmur.

- Bu mövzu barədə sonuncu sualımdır. Çünki sən hər şeyə dürüst cavab verdin. Əcdadlarının çağırışına rağmən sən dərk edirsən ki, bütün bunlar keçmişdə yaşanılanlar, orta əsrlərdə qalacaq mövzulardır?

- Xeyr, başa düşmürəm.

- İndi atan səni izləyir və deyir “afərin oğlum” (gülürlər).

- Hesab edirəm ki, münaqişə bitib.

- Baxır, hansı tərəfdən yanaşırsan.

- Məlum mövzular barədə sonsuzadək müzakirə etmək olar. Mən üç otaqlı ev barədə bayaq danışdım...

- Siz dolmanın birinci kimin tərəfindən hazırlanması barədə mübahisə edirsiniz. Ermənilər buna “dolma” deyir. Bəs sizdə?

- Dolma (gülür)...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.