“Ramiz Mehdiyevin ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”

15-11-2022, 11:12           
“Ramiz Mehdiyevin ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”
“Dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar institutlarından ibarət akademiya quruldu və bura yeni prezident seçildi. Mən də seçkilərə şəxsən qatıldım və yeni prezidenti təbrik etdim. AMEA-nın digər institutuları isə Elm və Təhsil Nazirliyinə bağlıdır. Məncə, bu istiqamətdə işlər davam edəcək”.

TEREF.AZ yazır ki,bunu Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov Reytinq.az-a deyib.

Onun sözlərinə görə, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev bir müddət bu elm ocağında prezident vəzifəsini daşıyıb, lakin bu müddətdə heç bir inkişaf və irəliləyiş baş verməyib.

M. Mərdanov bildirib ki, R. Mehdiyev AMEA-nı geriyə sürükləyib. Əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı: “Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”.

Sabiq nazir diqqətə çatdırıb ki, R. Mehdiyev dəfələrlə ona problem yaratmağa çalışıb: “Söhbət dəfələrlədən gedir. Bəli, problem yaradıb və buna nail olub”.

M. Mərdanov qeyd edib ki, R. Mehdiyev AMEA-ya prezident gələn gündən onunla əks cəbhədə olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.