"Niyə MSK sədrinin iki oğlu da hərbi xidmətdən azad edilib?.." - İrəvanda NARAZILIQ

15-11-2022, 11:26           
"Niyə MSK sədrinin iki oğlu da hərbi xidmətdən azad edilib?.." - İrəvanda NARAZILIQ
"Johovurd” qəzeti 4 noyabr sayında Vaaqn Ovakimyanın iki oğlunun Ermənistan ordusunda xidmət etmədiyini yazıb. Sonradan bu barədə Ermənistanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu materialdan sonra “Johovurd” qəzeti Ermənistan Respublikasının Müdafiə Nazirliyinə yeni sorğu göndərərək, Misak Vaaqni Ovakimyan və Narek Vaaqni Ovakimyanın icbari hərbi xidmətdən nə vaxt azad edildiyini bildirilməsini istəyib.

"Müdafiə Nazirliyindən cavab aldıq. Rəsmi məlumata görə, Misak Ovakimyan 2021-ci ilin yay çağırışı zamanı, Narek Ovakimyan isə 2019-cu ilin yay çağırışı zamanı hərbi xidmətdən azad edilib.

Yəni hakim “Vətəndaş sazişi" partiyası deputatının iki oğlu da hərbi xidmətdən azad edilib. Parlamentin hakim fraksiyasının üzvü, Mərkəzi Seçki Komissiyasının yeni seçilmiş sədri Vaaqnİ Hovakimyanın iki oğlu 2018-ci il inqilabından sonra, V. Ovakimyanın hökumətin deputatı olduğu dövrdə icbari hərbi xidmətdən azad edilib"- erməni qəzeti belə yazır.

Daha sonra Ermənistan nəşri hazırkı ölkə liderini hakimyyətə gəldikdən öncə verdiyi vədləri unutmasından, komanda üzvlərinin qanunsuz davranışlarına göz yummasından bəhs edir:

"Vaxtilə müxalifətçi Nikol Paşinyan deyərdi ki, məmurlar oğullarını ordudan azad edir, kasıb ailələrin uşaqları isə ətçəkən üçün material kimi orduya göndərilir. İndi Paşinyan əvvəlki sözlərini, verdiyi vədləri unudub və yanındakı insanların hərəkətlərinə göz yumur, nəticədə onların davranışları hər gün daha həyasızlaşır və qəbuledilməz olur”...

P.S....












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.