“Yalnız bir ssenari var - müharibənin davam etdirilməsi”

16-11-2022, 08:48           
“Yalnız bir ssenari var - müharibənin davam etdirilməsi”
“Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh formulası heç bir şəkildə hərbi əməliyyatların bitməsinə təsir etməyəcək”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının Xalq Şurasının deputatı Vladimir Polyakov deyib.

Onun sözlərinə görə, Zelenskinin G20 sammitində irəli sürdüyü sülh planı uğurlu deyil:

“Ukrayna Prezidenti G20 sammitinin iştirakçıları qarşısında çıxış edərək deyib ki, hərbi əməliyyatları dayandırmağın vaxtı çatıb. Bildirib ki, Kiyevin on bənddən ibarət sülh planı var. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi - Rusiya qoşunlarının çıxarılması və Ukraynanın ərazi bütövlüyünün bərpası və s. var. Lakin bu, heç bir şəkildə münaqişənin bitməsinə təsir etməyəcək".

Deputat vurğulayıb ki, Zelenski sülh əldə etməkdə maraqlı deyil, o, yalnız vaxt üçün oynayır:

“Yalnız bir ssenari var - müharibənin davam etdirilməsi. Çünki onun dayandırılması və ya dondurulması ilə Qərbdən maliyyələşmə dayanır. Onda da Ukrayna vətəndaşlarının Zelenskiyə çoxlu sualları olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru