Müdafiə Nazirlikləri arasında söz dueli: - “Sülməramlılar mövqelərini dəyişmirlər”

28-11-2022, 18:58           
Müdafiə Nazirlikləri arasında söz dueli: -
"Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır. Ruslar Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” adlandırmağa davam edir. Həmçinin Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi vurğulayırlar. Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını “əllərindəki xəritələrlə” əsaslandırırlar".
TEREF.AZ bildirir ki, bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir:
"Sülhməramlılar bölgəyə gələndə özləri ilə həmin xəritəni gətirdilər. Məqsəd də qondarma “DQR”-in mövcudluğunu saxlamaq və bölgədə varlıqlarını davam etdirməkdir.

Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır.

Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə təqdim etmək, fəaliyyətin bunun əsasında qurulması tələbini qoymaq olar.

Ruslar mövqelərini dəyişməsə belə, ən azı “istinad mənbələrini” zəiflətməyə nail ola, hər dəfə “əlimizdəki xəritə” deyəndə, verilən xəritəni dərc edə bilərik.
Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır".

Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yenə də yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi göstərilib. Azərbaycan MN də Rusiya sülhməramlılarına etirazını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.