Nadir Qafarzadə bahalıqdan şikayətləndi: “Əvvəllər kilo ilə alırdım, indi qramla”

29-11-2022, 09:07           
Nadir Qafarzadə bahalıqdan şikayətləndi:
Son aylar Azərbaycan bazarlarında qiymət artımı müşahidə olunur. Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin surətlə artması əhali arasında narazılığa səbəb olur.

Əvvəllər qiymət artımları ilə adətən, bayramlar ərəfəsində rastlaşırdıqsa, indi bu artımlar hər ay, bir sıra məhsullarda isə demək olar ki, hər həftə, hətta hər gün baş verir.

Teref.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə son aylarda evinə çox az ərzaq aldığını açıqlayıb. Sənətçi bunu çəki alması ilə əlaqələndirib:

“İnanın ki, mən artıq son zamanlar ərzaq almıram. Biz o qədər yeməyi azaltmışıq ki… Evimizə ümumiyyətlə, çörək alınmır. Ərzaq məhsulları alanda da çox az miqdarda alırıq. Çünki çəki almaqdan qorxuruq. Uşaqlar da özləri üçün alırlar, haradansa sifariş verib gətirdirlər. Ona görə bazardakı qiymətlərdən o qədər də anlayışım yoxdur, nə artıb xəbərim yoxdur. Son zamanlarda marketə getmirəm. Lazım olan hər şeydən az-az alıram, əvvəllər kilo ilə alırdımsa, indi qramla alıram. Ona görə yox ki, xəsislik edirəm, xeyr, sadəcə çox yeməmək üçün, formada qalmaq üçün az istifadə edirəm”.

Onun sözlərinə görə, kəndlilər əziyyətlərinin bəhrəsini görmədiyi üçün əkib-becərməkdən artıq üz döndəriblər:

“Kəndlilər əkib-becərsə də onun qiyməti olmur. Kəndli əziyyət çəkir, əkir, sulayır, belləyir, ağaca qulluq edir, amma əziyyətinin qarşılığını ala bilmir. Heyvana baxırlar, indi də heyvan yemlərinin, otun qiyməti bahadır. Deyirlər, üzü astarından bahadır, ona görə kəndliləri çoxu bununla məşğul olmur. Kənd məhsullarının əziyyəti çox, gəliri isə az olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.