Rusiyanın əsl niyyəti - Polşa prezidenti açıqladı
6-03-2023, 11:02
Rusiyanın Ukraynaya təcavüzü neokolonial xarakter daşıyır.
Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Qətərdə BMT-nin “Ən az inkişaf etmiş ölkələr üzrə 5-ci konfransı”nda ümumi debatlar zamanı Polşa prezidenti Anjey Duda deyib. O bildirib ki, Rusiya Ukraynanı iqtisadi cəhətdən istismar etmək niyyətindədir.
“İmperiya insanları, o cümlədən uşaqları qaçıraraq Rusiyanın dərinliklərinə göndərir. Ukraynalılar rusların 100 mindən çox uşağı qaçırdığını iddia edirlər. Kimsə onun iradəsinə itaət etməzsə, imperiya öldürər. Bu tanış iddia deyilmi? Bir çox ölkələrin tarixində bu hal yaşanmayıbmı? Mən bunu açıq deyirəm - keçmişdə Polşa da qonşu imperiyaların qəddar siyasətinin qurbanı olub”, - Polşa prezidenti əlavə edib.
Duda, həmçinin bildirib ki, zəif inkişaf etmiş ölkələrin sakinlərinə dəstək Avropa İttifaqının prioritetlərindən biri olaraq qalmalıdır. O vurğulayıb ki, bu ölkələr də Rusiyanın Ukraynaya hücumu nəticəsində, o cümlədən ərzaq məhsullarının bahalaşması səbəbindən böyük zərər çəkib.