Hacı Şahinin oğlundan “Baku Medikal Plaza”ya ittiham: - “Atama deyiblər ki…”

6-03-2023, 17:21           
Hacı Şahinin oğlundan “Baku Medikal Plaza”ya ittiham: - “Atama deyiblər ki…”
“Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq “Baku Medikal Plaza”da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən”.

Bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

“Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxananı tərk edib”, – H.Həsənli deyib.

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də səhərə yaxın ürəktutmasından vəfat edib. O, həmin gecə “Baku Medikal Plaza”da müayinə olunub. //savas.org//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru