Uiker: “Rusiya analoqu olmayan silahlara sahibdir”

10-03-2023, 12:45           
Uiker: “Rusiya analoqu olmayan silahlara sahibdir”
ABŞ-ın respublikaçı senatoru Rocer Uiker bildirib ki, Rusiya analoqu olmayan silahlara sahibdir və əlavə edərək qeyd edib ki, Rusiyanın "Poseydon" torpedolarına qarşı ABŞ-ın müdafiəsi yoxdur.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, Uiker bu barədə Konqres Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə danışıb.

Onun sözlərinə görə, Rusiya Federasiyası Birləşmiş Ştatlar üçün əhəmiyyətli nüvə təhlükəsi yaradır:

"Rusiya daha böyük və müasir nüvə arsenalına malikdir və həmçinin qısa müddətdə əlavə silahlar yaratmağa qadirdir", - deyə o vurğulayıb.

Uiker qeyd edib ki, Rusiya analoqu olmayan nüvə silahları, o cümlədən okeanı keçə bilən nüvə torpedoları, həmçinin qitələrarası ballistik raketlər yaradıb.

"Bunlardan ABŞ-ın özünü qoruması üçün müdafiəsi yoxdur", - deyə senator bildirib.

Senator çıxışında həmçinin qeyd edib ki, Pekin öz nüvə silahlarını sürətlə genişləndirir və modernləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru